Bia.Az

“Teatr aktrisaları üçün elə teatr ağlayır, kinoittifaq yox...” - Münəvvər Əliyeva

Cəmiyyət
 25-01-2023, 16:04     159

“Mənim nə Kinematoqrafçılar İttifaqından xəbərim var, nə də ki, orada baş verən hadisələrdən. Mən aktrisayam, teatrda çalışıram. Yeri gəlmişkən, mən Şəfiqə xanımın ittifaqından ərizə yazıb çıxmamışam. Nəinki Şəfiqə xanımın, digər ittifaqdan da ərizəmlə çıxmamışam. Mənə sadəcə dedilər ki, iki ittifaqda da qalmaq olar. İndi bilmirəm ittifaqlarda qalmışam, ya yox? Bəlkə çıxarıblar?! İnanın ki, bunlardan da qətiyyən xəbərim yoxdur. O vaxtdan da Şəfiqə xanımla üz-üzə gəlməmişəm”.

BİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Münəvvər Əliyeva deyib.

“Əvvəllər bizi sayırdılar, kino təqdimatlarına, kino gecələrinə dəvətnamə yollayırdılar, gedib iştirak edirdik. Artıq bu ənənə tarixə qovuşub. Bu illər ərzində heç bir kinoittifaqından bunları görmədim. Əslində onlar sayıb bizi dəvət etməlidir, çünki onların üzünü biz ağ edirik. Teatr aktrisaları üçün elə teatr ağlayır, kinoittifaq yox”, - deyə aktrisa bildirib.

Tanınmış aktrisa teatrdakı işlərindən də danışıb.

“Məni görmək istəyən tamaşaçıları teatra dəvət edirəm. Bu gün axşam saat 19:00-da “Medeya” adlı mono tamaşada çıxış edəcəyəm. 50 dəqiqəlik tamaşadır. Demək olar ki, bu tamaşa “Qatil”in başqa bir versiyasıdır. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir”, - deyə o bildirib.
скачать dle 12.1