Bia.Az

Kremldən Qərbə TƏHDİD: "Məhv edəcəyik"

Dünya
 25-01-2023, 15:57     150

Rəsmi Moskva Qərbin Ukraynaya döyüş tankları göndərəcəyi təqdirdə, onların məhv ediləcəyini açıqlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.

Peskov ABŞ-nin “Abrams” və Almaniyanın “Leopard” tanklarını Ukraynaya göndərməsinin “absurd” olduğunu söyləyib.

“Bu, texnoliji baxımdan uğursuz plandır”, – deyən sözçü bildirib ki, sözügedən tanklar da məhv ediləcək.


Qeyd edək ki, Almaniya hökuməti 14 ədəd “Leopard-2-A6” tankının Ukraynaya göndərilməsini qərarlaşdırıb.скачать dle 12.1