Bia.Az

SEPAH İranın dadına yetə bilməyəcək... - Ekspert danışır

Dünya
 25-01-2023, 15:00     143

İranda sentyabrın ortalarından başlayan etiraz aksiyalarını amansızlıqla yatıran qüvvələrin önündə İran İslam İnqilabı Keşikçiləri Korpusu olan SEPAH-ın dayandığı heç kimə sirr deyil. 17 sentyabrdan indiyə qədər etiraz aksiyalarında 70-ə yaxını uşaq olmaqla 600 nəfərə qədər insanın öldürüldüyü bildirilir.

Günahsız insanların qətlə yetirilməsində isə SEPAH xüsusi rol oynayır. DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Rəşad Bayramov danışıb. O qeyd edib ki, SEPAH İranın bütün ərazilərini nəzarət altında saxlayır. Təşkilatın İran ərazisində 16 qərargah və şurası fəaliyyət göstərir. Onlar da öz növbəsində inzibati bölgələrə, baza və postlara bölünür. Bu isə zorakılıq və qətliamlar törədən SEPAH-ın bütün prosesləri ələ almasına kömək edir. Eyni zamanda SEPAH-ın sayı yüz minlərlə olan casus şəbəkəsi də ona bu işdə yardımçı olur. Belə ki, SEPAH İran qoşunlarını da tam nəzarəti altında saxlayır.

“Hətta hərbi sistemdə belə hansısa bir etiraz həmin şəxsin ölümünə yol aça bilər. Bütün bunlar bir daha SEPAH-ın nə qədər qəddar bir dəstə olduğunu sübut edir. Xarici ölkələrdə bir sıra terror aktlarının törədilməsinə dəstək verən “inqilab keşikçiləri” neçə aydır ki, İran vətəndaşlarına, dinc insanlara görünməmiş amansızlıql zülm edir.

Bundan başqa, bəzi təşkilatların indiyə qədər başqa ölkələrdə terror təşkil etməsinə də SEPAH ciddi dəstək verib”,- deyən politoloq qeyd edib ki, dünyanın artıq 5 ölkəsi - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn və Kanada SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Amma bu son deyil və görünən odur ki, Almaniya başda olmaqla Avropa İttifaqı ölkələri də SEPAH-ı terror təşkilatlarının siyahısına əlavə edə bilərlər.

Başqa sözlə desək, ağır cinayətlər törətdiyi və bir sıra terror təşkilatlarına dəstək verdiyi üçün SEPAH-ı terrorçu kimi tanıyan ölkələrin sayının artması kifayət qədər real görünür. Politoloqun fikrincə, İranın buna cavab olaraq, Avropa İttifaqı ölkələrinin hərbi strukturlarını terrorçu təşkilat kimi tanıyacağını bəyan etməsi isə heç nəyi dəyişməyəcək. Çünki hansısa qrupu terrorçu kimi elan edirsənsə, həmin qrup artıq legitim hədəfə çevrilir. İranın isə nəinki ABŞ və ya Avropa İttifaqı ordularını, heç Səudiyyə Ərəbistanı ordusunu belə hədəf seçmək imkanları yoxdur.

Yəni İranın təkbaşına bu cür qərar qəbul etməsi heç nəyə təsir etməyəcək. Amma ABŞ və Avropa İttifaqının SEPAH-ı terror təşkilatı kimi tanıması həmin təşkilata qarşı əməliyyat keçirmək imkanları yaradır".

“Düzdür nə ABŞ, nə də Aİ ölkələri İrana hücum edərək SEPAH-I zərərsizləşdirmək üçün əməliyyat keçirəcək deyillər. Amma belə bir qərarın qəbulu SEPAH-ın İrandan kənarda mövcudluğunun qarşısını almaq, hər hansı bir ölkədə hərbi əməliyyatlarda iştirakına imkan verməmək və eləcə də maliyyələşmə imkanlarına zərbə vurmaq üçün kifayət qədər effektli qərar ola bilər”.
скачать dle 12.1