Bia.Az

“Yeni Sabah” yeni-yeni sabahlara dögru... - Uğurlar arzulayırıq!

Cəmiyyət
 25-01-2023, 11:18     211

Bu gün “Yeni Sabah” xəbər saytı öz ildönümünü qeyd edir.

Sayt 2019-cu il yanvarın 25-də yaradılıb.

Yenisabah.az 4 ildir ki, internet istifadəçilərinin ixtiyarındadır. Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya resurslarından biridir.


Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.


Saytda yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.


Yenisabah.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.


BİA.az olaraq həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
скачать dle 12.1