Bia.Az

TƏHDİDDƏN “QIZDIRMAYA” DOĞRU – Medvedev “qlafını” dəyişir

Dünya
 24-01-2023, 01:15     132

Ukraynaya hələ «Leopard» tanklarının tədarükü başlanmasa da, artıq Moskvanı çətinliklər gözləyir.

Rusiyanın keçmiş Prezidenti, hazırda Rusiya Federasiyası Milli Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Rusiya üçün çətin günlər proqnozlaşdırır - Ukraynaya Qərb silahlarının tədarükü fonunda.

Özünün Teleqram-kanalında Ramştayn bazasındakı sammitin yekunlarını şərh edərkən, keçmiş Prezident belə bir fikir ifadə edib ki, Rusiyanın «düşmənlər»i uzun müddət müəyyən edilməmiş vaxtda bizi əzməyə cəhd edirlər, bundan artığı isə - məhv etməyə. Medvedev qeyd edib ki, bunun üçün Qərbin silahı kifayətdir, ehtiyac yaranarsa yenilərinin istehsalı başlaya bilər.

«Odur ki, illüziya lazım deyil. Bunlardan hansı nəticələri çıxarmaq olar? Birincisi, həddindən artıq çətin olacaq» - o, bəyan edib.

Eyni zamanda Medvedev əmindir ki, üzücü münaqişə gələcəyin hansısa anında «bu ölkələrdən ibarət» yeni hərbi alyansın meydana gəlməsinə gətirib çıxarar.

O, həm də əmin olduğunu bildirib ki, ABŞ “köhnə Avropanı və bədbəxt ukraynalıları” tam olaraq atacaq, bundan sonra dünyada sanki tarazlıq bərpa olacaq.

Açıq görünür ki, «cib prezidenti» bərk qorxuya düşüb və məğlub Rusiyanın bu savaşda nüvə silahı tətbiq etməsinə «nəzəri zəmin» hazırlaması yolunu tutub./AzPolitika.infoскачать dle 12.1