Bia.Az

Türkiyədə Azərbaycana təsir edən proses başlayır

Siyasət
 23-01-2023, 02:22     182

Türkiyədə seçkilərin tarixi bəlli olub: 14 mayda prezident və parlament seçkiləri eyni gündə keçiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri siyasi analitik Asif Nərimanlı deyib.

O bildirib ki, çətin seçki olacaq:

“Bu seçkilərin təkcə Türkiyənin yox, Azərbaycanın, ümumilikdə regionun da gələcəyinə təsiri olacaq.

14 maya qədər Azərbaycanın üçtərəfli razılaşmalarla bağlı, xüsusilə 10 noyabr bəyanatının 4-cü bəndinin (erməni qoşunların çıxarılması) icrası istiqamətində praktiki addımlar ata biləcəyi də istisna deyil.


Ümumilikdə təkcə Türkiyədə yox, bizim regionda da maraqlı proseslər gözlənilir”.скачать dle 12.1