Bia.Az

Tofiq Yaqublu azadlıqdadır

Siyasət
 22-01-2023, 16:05     184

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu azadlığa buraxılıb.

BİA.az  xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Xatırladaq ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə keçirilən etiraz aksiyasında saxlanılıb.

Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.

Həbsdə aclıq aksiyasına başlayan Tofiq Yaqublunun səhhəti pisləşdiyi üçün daha sonra xəstəxanaya köçürülmüşdü.

скачать dle 12.1