Bia.Az

İbrahim Kalından Quranın yandırılmasına sərt reaksiya

Dünya
 21-01-2023, 15:28     183

“Stokholmda "Qurani-Kərim"in yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir. Bunu şiddətlə qınayırıq”.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tviter hesabında yazıb.

“Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək nifrət cinayətlərini və islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə hücum azadlıq deyil, barbarlıqdır”, - deyə, Kalın əlavə edib.

Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı müqəddəs "Qurani-Kərim" yandırılıb.

Ümumilikdə, son illər İsveçdə islamafobiya ilə bağlı hadisələr, o cümlədən Quranın yandırılması, məscidlərə və müsəlman ziyarətgahlarına hücumlar artıb.скачать dle 12.1