Bia.Az

Rusiyada dəhşətli yanğın: Yanacaq tankeri və dəmiryol alovlara büründü - FOTO/VİDEO

Dünya
 21-01-2023, 14:40     162

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye zonasında yanacaq daşıyan maşın və dəmir yolu çənləri yanıb.
 
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, əvvəlcə yanacaq tankeri yanıb, daha sonra yanğın yaxınlıqda yerləşən üç vaqona keçib. Yanğın 400 kvadratmetr sahəni əhatə edib və lokallaşdırılıb.

Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilib.

VİDEO

QALEREYA


скачать dle 12.1