Bia.Az

“Məni toylara ilk dəfə Niyaməddin Musayev aparıb”

Şou
 21-01-2023, 13:26     566

“Bu gun sənətə olan həvəsim o illərdəki kimi qalmayıb. O vaxt dünyaya bir başqa cür baxırdın. Hər şey nağıllardakı kimi gəlirdi mənə. Çox təəssüf ki, reallıq başqadır. 30 il olacaq ki, səhnədəyəm, sənətdəyəm. Çox çətinliklərim, əziyyətlərim olub. Həm konservatoriyada oxuyurdum, həm Mahnı və Rəqs ansamblında işləyirdim, həm də toylara, el şənliklərinə gedirdim. Əziyyətsiz iş olmur ki. Çox təəssüf ki, bu gün sənət layiqincə təbliğ olunmur. Sənət sanki arxada qalıb”.

BİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib.

“Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrimin savadı, sənətə olan həvəsləri məni qane edir. Bu gün bir çoxları gəncləri tənqid edir, amma mən belə deməzdim. Hər şey zamanla öz yerini tapacaq” deyə müğənni bildirib.


Nüşabə Ələsgərli 6 il öncə itirdiyi anasından da danışıb.


“Anam dünyasını dəyişəndə 48 yaşım var idi. Nə qədər ki, anam sağ idi, mən o yaşı hiss etmirdim. Onun yanında həmişə uşaq idim. İnsan anasını itirdiyi gün böyüyür. Məndə də elə oldu. 2 ilə yaxın efirə çıxmadım. Bu müddət ərzində insanlar mənə sosial şəbəkə vasitəsilə təsəlli verdilər, dərdimə şərik çıxdılar. Bu sevgi məni yaşatdı, ayağa qaldırdı. Sonra bir-birinin ardınca baş verən hadisələr mənə təsəlli verdi. Anladım ki, şükür etmək lazımdır” deyə sənətkar bildirib.


Əməkdar artist hər zaman Niyaməddin Musayevə təşəkkür etdiyini bildirib.
“Məni ilk dəfə xanım müğənni kimi xalq artisti Niyaməddin Musayev üzə çıxarıb. Onunla birlikdə xarici ölkələrdə çıxışlar etmişəm. 1990-cı ildə ilk dəfə onunla sənət fəaliyyətimə başlamışam. Niyaməddin Musayevlə bir gündə 3 toya gedirdik. Günorta restoran toyuna gedirdik, sonra Bakı kəndlərinə, gecə isə rayonlara. Niyaməddin müəllimin repertuarında olan mahnıları hamı oxuyur. Özü də yeni aranjmanda, öz dəsti-xətti ilə. Amma ana xəttə toxunmaq olmaz” deyə Nüşabə Ələsgərli bildirib.скачать dle 12.1