Arxiv

Oxunub:29 / 08 yan 07:41Texnologiya

Mark Zukerberqin 2018-ci il üçün HƏDƏFİ



Mark Zukerberqin 2018-ci il üçün HƏDƏFİ














Hər il qarşısına yeni hədəf qoyan Mark Zukerberq 2018-ci il üçün məqsədini açıqlayıb.
Zukerberq 2018-ci ildə "Facebook" sosial şəbəkəsindəki problemləri həll edəcək.

Dünyanın təhlükəli və qütbləşmiş olduğunu söyləyən Mark "Facebook"-u zorakılıq və nifrətdən qorumaq, dövlətlərin müdaxiləsinin qarşısını almaq, "Facebook"-da faydalı vaxt keçirilməsini təmin etmək kimi məqsədləri həyata keçirəcək. Bunun üçün isə sosial şəbəkədəki problemləri həll etməyə çalışdığını bildirib.
Zukerberqin bu günə qədər olan hədəfləri:

2009-Hər gün qalstuk taxmaq;
2010-Çin dilinin Mandarin ləhcəsini öyrənmək;
2011-Ancaq ovladığı ətləri yemək;
2013-Hər gün yeni bir insanla tanış olmaq;
2015-Hər həftə bir kitab oxumaq;
2016-Evi üçün sadə bir süni intellekt yaratmaq.