Bia.Az

Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin 6 "a" sinif şagirdləri "20 Yanvar” faciəsinin 33-cü il dönümünü qeyd etdilər - VİDEO/FOTO

Cəmiyyət
 19-01-2023, 18:52     399

Yanvarın 19-də Abşeron rayon Xırdalan şəhər B.Y.Cəfərov adına 3 nömrəli məktəb-liseyin 6 "a" sinifində "20 Yanvar” faciəsinin 33-cü il dönümü qeyd edilib. Sinif şagirdləri faciə qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

BİA.az xəbər verir ki, tədbirdə məktəbin sinif rəhbəri Aygün Xələfova cıxış edərək qeyd edib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu, yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. 

Sonra sinif şagirdlərinin iştirakı ilə "20 Yanvar” faciəsi ilə bağlı şeirlər təqdim edilib və məktəbdə ucaldılmış şəhid B.Y.Cəfərovun büstü önünə qərənfillər düzülüb.  





скачать dle 12.1