Bia.Az

"Putinin sağ olduğuna əmin deyiləm” - Zelenskidən açıqlama

Dünya
 19-01-2023, 17:06     144

“Rusiya Prezidenti Putinin sağ olduğuna əmin deyiləm”.

“Report” “Ukraina seyças”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda səhər yeməyi zamanı bildirib.

O qeyd edib ki, bu gün kiminlə danışacağını və nə danışacağını tam başa düşə bilmir:


 “Bəzən axsayaraq görünən adamın Rusiya Prezidenti olduğuna əmin deyiləm. Mən onun sağlam olduğunu tam başa düşə bilmirəm. Qərarı o verir, yoxsa başqası. Bu insanın çevrəsində kimlər var? Bu barədə məndə heç bir məlumat yoxdur”.

Zelenski daha sonra deyib ki, sülh danışıqları sülh demək deyil, bunu həyata keçirmək lazımdır:


"Rusiyanın hələ də Ukrayna ərazisindən çıxmasına şansı var. Heç əlaqəni qaytara biləcəyini demir. Ancaq onlar xalqının həyatını xilas edə bilər”.скачать dle 12.1