Bia.Az

Rüfət Quliyev vəsaitini harda saxladığından danışdı: - “Təki pul olsun...”

Cəmiyyət
 18-01-2023, 15:34     162

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanda 39,9 % insan pul vəsaitinin evdə, 56,7 % isə bankda saxlanılmasının daha təhlükəsiz olduğunu düşünür.

DİA.AZ-ın məlumatına görə, STM-in sorğusuna münasibət bildirən Milli Məclisin deputatı Rüfət Quliyev Pravda.az-a deyib ki, Azərbaycanda fəaliyyət göstərən bugünkü bankların kifayət qədər güclü mövqeyi var.

Deputat vəsaitini harada saxladığı barədə suala isə belə cavab verib: “Təki pul olsun. Pul olandan sonra onu harda və necə, hansı formada saxlamaq problem deyil. Lap əvvəllər bir təklifim olub. Vəsait varsa, onu bir neçə xurcuna vurmaq lazımdır. Əvvəlcə pulun böyük bir qismini investisiya etmək olar. Hələ Azərbaycanın özündə qiymətli kağızlar var. Biznes açmaq istəməyənlər, sadəcə olaraq, passiv formada mülkiyyət alıb, icarəyə verə bilərlər. Pulun bir qismini bankda da saxlamaq olar. Bir qismini isə qızıl əşyalarda, digər hissəsini isə dollarda və manatda saxlamaq olar. Bu, çox unifikasiyaya yaxın olan bir fikirdir. Təki Allah yetirsin, çoxlu pul olsun. Bundan böyük arzum isə odur ki, Allah Azərbaycanda əmin-amanlığı davamlı etsin, cansağlığı olsun. Belə olanda, pulun artığı, əksiyi bir o qədər də təsir etmir...”
скачать dle 12.1