Bia.Az

Hakimiyyətin yuxarı eşalonu SİLKƏLƏNİR… – Samir Şərifov da gedir, yenilərdən isə…

Siyasət
 18-01-2023, 13:43     216

Bir neçə gün əvvəl belə bir informasiya yayıldı ki, Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılması gözlənilir.

 DİA.AZ bildirir ki, bu xəbərə paralel olaraq yerli KİV-də Rusiya yanlısı kimi təqdim olunan Yaqub Eyyubovun xaricə astrinomik məbləğdə vəsait çıxarması da ictimailəşdi. Bununla bağlı daxil olan son informasiyalardan aydın olur ki, Yaqub Eyyubov adı gedəcəklər siyahısında olan yeganə şəxs deyil. Mənbənin söylədikləri:

“Eyni zamanda Maliyyə Naziri Samir Şərifov da işdən çıxarılacaq. Samir Şərifov hələ “ABB işi” zamanı həbsdən canını qurtara bilmişdi. Samir Şərifovdan savayı, yeni kadrlardan bəziləri – konkret olaraq Kənd Təsərrüfatı Naziri İnam Kərimov da görəvdən alınacaq. Kəmaləddin Heydərovun FHN şefi postunda son günlərini keçirdiyi mətbuatda yazılıb və həqiqətdir”.


Mənbə dia.az-a açıqlamasında eyni zamanda NK strukturlarında total təmizləmələrə gediləcəyini də bildirib.
Bizi izləyin. Əlavə bilgilərimiz olacaq…скачать dle 12.1