Bia.Az

Xətainin icra başçısı üçün vətəndaşın həyatı ÖNƏM DAŞIMIR? - Əgər belədirsə...

Fakt
 18-01-2023, 13:39     203

"Artıq 2 ay tamam olur ki, "Əhmədli" metro stansiyasından "Bakı" kinoteatrına (Sarayev küçəsinə) tərəf qalxan yolda minlərlə sakin bu təhlükədən keçir". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Rasim İsmayılov həyəcan təbili çalmaqdadır.

Xətainin icra başçısı üçün vətəndaşın həyatı ÖNƏM DAŞIMIR?

Hər gün rastlaşdığı bu TƏHLÜKƏLİ vəziyyətlə bağlı rəsmiləri məsuliyyətə çağıran jurnalist yazır: "Rayon icra hakimiyyətinin adını da həştaqda qeyd eləmişdim. Təbii ki, oxuyublar. Veclərinə də deyil. Yəni "altda qalanın canı çıxsın" deyir Xətai icrası..."

Xətainin icra başçısı üçün vətəndaşın həyatı ÖNƏM DAŞIMIR?

Daha sonra "Yendən çəkib paylaşmaqda məqsədim odur ki, bəlkə yazıqların heç xəbəri yoxdur, şərləyirəm?" deyə qeyd edən jurnalist bu təhlükəli mənzərə ilə bağlı Xətai RİH-ə çağırış da edir: "Bir vicdanlı vətəndaş olmalıdır, ya yox?"

Məsələ diqqətimizdədir. Yerli RİH-in münasibətini öyrənməyə çalışacağıq...
скачать dle 12.1