Bia.Az

"Ondan sonra Vasif Talıbovla nə görüşə, nə də danışa bildim" - “Şərurlu İsfəndiyar”dan ŞOK AÇIQLAMA

---
 16-01-2023, 14:06     174

Bir neçə gün bundan əvvəl “Flaminqo” restoranının icraçı direktoru olmuş Ələkbərov Nizami Azinforum.az-a verdiyi eksklüziv müsahibədə 2009-cu ildə restoranın Naxçıvan Daxili İşlər Naziri Əhməd Əhmədovun göstərişi ilə necə ələ keçirildiyinin tam mexanizmini açıqlayıb. Restoran hazırda tanınmış iş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan – İsfəndiyar Axundovun mülkiyyətindədir. Nizami Ələkbərov müsahibəsində İsfəndiyar Axundovla bağlı sensasion fikirlər səsləndirib. iş adamı mətbuata verdiyi videomüsahibədə restoranı 7 milyona aldığını, pulun bir hissəsini əmlak, qalanını nağd şəkildə ödədiyini təsdiqləyib.O, həmçinin pulun 2 milyonunu onun yanında Naxçıvan Daxili İşlər Nazirliyinin Qasım adlı əməkdaşına restoranın əsl sahibi Cəmil müəllimin girovluqdan azad edilməsi üçün ödəndiyini etiraf edib.

DİA.AZ-ın Manset.az-a istinadən məlumatına görə, mediada belə iddilar səslənirdi ki, “Şərurlu İsfəndiyar” kimi tanınan – İsfəndiyar Axundova “Flaminqo” restoranını satın alınması ilə bağlı bilavasitə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov zəng edərək tapşırıq verib. Məşhur iş adamı “Şərurlu İsfəndiyar” saytımıza açıqlamasında bu iddiaları təkzib etsə də, sonra Qasım adlı bacanağının ona vasitəçi kimi göndərildiyini bildirib.

“Mənə Vasif Talıbov zəng etməyib. Restoranın təklifini mənə vaistəçi kimi bacanağım Qasım gətirib. Əvvəlcə almaq istəmədim. Sonradan danışıqlarla gördüm ki şərtlər də uyğundu. Faktiki bununla bağlı yanıma gələnlər var. Həmin vaxta mən heç vaxt Vasif Talıbovla görüşməmişəm. Bir dəfə Naxçıvanda idim. Orda yeni binalar tikilmişdi, Vasif Talıbov da gəlirdi onun açılışına. Mən həmin vaxt istədim görüşəm, mənə dedilər protokolda kim varsa, ancaq o görüşə bilər. İmkan vermədilər Vasif müəllimlə görüşəm. Ondan sonra da Vasif Talıbovla heç vaxt nə görüşmək, nə də telefon danışım olmayıb.”
скачать dle 12.1