Bia.Az

Azərbaycan Ordusu S-300 “Favorit” kompleksləri ilə məşqlərə başlayıb - VİDEO

Gündəm
 13-04-2020, 17:16     310

Azərbaycan Ordusu S-300 “Favorit” kompleksləri ilə məşqlərə başlayıb - VİDEOMüdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.

Bu barədə "bia.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq, marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.

скачать dle 12.1