Bia.Az

Erməni politoloq: Fransa İrəvana xəyanət etdi!

Dünya
 16-01-2023, 10:24     143

Görünür Qarabağın müstəqilliyinin tanınması məsələsində rəsmi Parisin könlü yoxdur və biz tamamilə fərqli, əks proseslər müşahidə edirik. Fransa Milli Assambleyasının rəhbəri Yael Braun-Pive İrəvana səfər edib, orada Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb və bir sıra tamamilə yersiz, şokedici açıqlamalar verib. Bu xanım Ermənistanda olarkən Azərbaycanı sevindirməyi də bacarıb. Onun “Qarabağın regionda hansı statusa malik ola biləcəyinə Fransa qərar verməməlidir” ifadəsi olduqca məyusedicidir. Bu, çıxış siyasi ikiüzlülüyün zirvəsidir.

Axar.az xəbər verir ki, bunu erməni analitik Qalust Qriqoryan deyib.
“Ötən il Fransa Milli Assambleyası “Avropa və (Yaxın) Şərqin erməni xalqının və xristian icmalarının müdafiəsi haqqında” qətnamə qəbul edib. Bu qətnamədə Qarabağ münaqişəsinin yekun və təcili həllinə xüsusi diqqət yetirilib. Onun müstəqilliyini tanınmasına 188 deputat lehinə, 3-ü əleyhinə səs verib. Bundan əlavə, ötən il noyabrın 25-də Fransa Senatı böyük səs çoxluğu ilə Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul edib. Yuxarıda göstərilənlərin hamısını nəzərə alaraq, Yael Bron-Pivenin bu addımını, bu çıxışlarını necə başa düşmək olar? Fransanın siyasi manevrlər adı altında Qarabağın və erməni xalqının maraqlarına etinasızlıq göstərməsi kimi. Biz indi Bakı mediasında belə bir xəbər görürük ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini Fransa prezidentinə təqdim edib. Emmanuel Makron onun etimadnaməsini qəbul edərək bildirib ki, Fransa Azərbaycana dost ölkədir. Bu doğrudur, yoxsa Azərbaycan mətbuatının şişirtməsi? Bunu deyəcəyəm: Fransadan heç bir təkzib olmadı. Üstəlik, biz gördük ki, Qarabağın müstəqilliyinin tanınması məsələsində rəsmi Parisin tarixi sıçrayış etməyə könlü yoxdur”, - o bildirib.скачать dle 12.1