Bia.Az

“Mübariz” filminin təqdimatına pul tapılmır: Şirkətlər Milli Qəhrəmanımız haqqında filmi “konsepsiya”larına “uyğun” hesab etmirlər

Cəmiyyət
 15-01-2023, 01:50     171

Bir ildən artıqdır davam edən Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və döyüş yolundan bəhs edən “Mübariz” filminin çəkilişləri başa çatıb. JAMAZ.İNFO xəbər verir ki, filmin sennari müəllifi Nicat Mənalı bildirib ki, çəkilişlər Qarabağda, habelə Mübariz Postunda həyata keçirilib.

Filmdə Mübariz İbrahimovun uşaqlıq dövründən tutmuş, sonuncu döyüşünə qədər hadisələrdən bəhs edilir. Çəkilişin bir hissəsi Milli Qəhrəmanımızın doğulduğu evdə də həyata keçirilib.
O deyib ki, filmdə pirotexnika və hərbi texnikadan istifadə olunub. O, filmin uğurlu alındığını bildirib.
Lakin Nicat Mənalı qəribə vəziyyətlə üzləşdiklərini də vurğulayıb. JAMAZ.İNFO-ya açıqlamasında Mənalı bildirib ki, “Mübariz” filminin təqdimat gecəsinə sponsor tapa bilmirlər. Daha doğrusu, o, filmin qala gecəsi üçün tələb olunan xərcə görə, sponsorlara müraciət ediblər. Amma hamısından mənfi cavab alıblar. “Azərbaycanda gərəksiz verilişlərə, bədənlərini reklam edən moda gecələrinə, insanların əxlaqını pozan səviyyəsiz filmlərə sponsorluq edən bir çox şirkətlərin nümayəndələri Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyimiz “Mübariz” bədii filminin təqdimat gecəsinin sponsorluğundan imtina edirlər. Halbuki bizim təklif etdiyimiz paketimizdə onlara verdiyimiz reklam dəyiri yazdığımız qiymətlərdən qat-qat çoxdur”.
Filmin sennari müəllifi onu da qeyd edib ki, imtina edən şirkətlər bunu Azərbaycanın qəhrəman övladının filminin onların şirkətlərinin “konspektin uyğun olmaması” ilə izah edirlır.
P.S. Mübariz İbrahimov Azərbaycanın fəxri və qürurudur. Onun Şəhadətindən 12 ilə yaxın vaxt keçsə də, indiyə qədər haqqında nə tutarlı bir sənədli, nə də bədii film çəkilib. Nicat Mənalı və komandasının böyük zəhmət hesabına ərsəyə gətirdiyi film ilkdir. Sponsor şirkətlərin “konsepsiyası”nın nə olduğu bizə məlum deyil. Lakin görünən odur ki, həqiqətən də çılpaq moda sərgilərinə, mənasız filmlərə böyük pullar xərcləyənlər üçün Mübariz məsələsi ya önəmli deyil, ya da gəlir gətirməyəcəyi üçün vacib hesab deyil.
Hardadır müğənnilərə milyonlar xərcləyələr? Hardadı o iş adamları ki, hansısa müğənninin toyda yarım saat oxuması üçün on minlərlə manatından keçirlər? Hardadır bir gecəlik eyş-işrətə yüz minlər xərcləyən adamlar? Vətəndən, millətdən dəm vurub, amma belə işlər ortaya çıxanda “konsepsiya” məsələsini ortaya atanlar? Həqiqətənmi sizin 20-30 min manatınız yoxdur ki, belə əhəmiyyətli filmin sponsorluğunu edəsiz? Konsepsiyanızı yesinlər.скачать dle 12.1