Bia.Az

OĞRU ELƏ “ZARIDI” Kİ...

Siyasət
 15-01-2023, 01:37     221

Mirzə AĞ

Azərbaycanda atalar məsəli var - «oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı».

Azərbaycana yönəlik münasibətdə düşmən rolunu boynuna götürmüş Ermənistan hökuməti uzun müddətdir ki, ən murdar, iyrənc, abırsız-həyasız hərəkətlərdən çəkinmir. İşi-peşəsi özgələrin sərvətinə qibtə etmək və bu səbəbdən də qonşularının paxılına çevrilmiş bu vətənsiz-gəzəyəntə tayfa özünün çirkin əməllərini ört-basdır etmək və dünya qarşısında «əzabkeş obrazı» formalaşdırmaq istiqamətində min cür cildə girir, gah ağlayıb-sıtqayır, gah yalan-palan uydurur, gah künəsini «icarəyə verir», yeri gələndə də özgəyə quyruq bulayır və maraqlıdır ki, belə iyrənc davranışdan usanmır, paralel olaraq, bu yolda yeni-yeni «zirvələr fəth edir». Bir sözlə, erməni adlı gəzəyəntə tayfa artıq belə həyat tərzinə adətkərdə olub…
Ümumiyyətlə yanaşsaq, görərik ki, erməninin bütün varlığı «yalanın hökmranlığı»na, ömrü isə yalan-palan tarixinə çevrilib. Buna əmin olmaq üçün təkcə İ,Çavçavadzenin «Haray çəkən daşlar» yazısını oxumaq kfayətdir, zənnindəyəm. Təcrübə göstərir ki, erməninin elmi də, tarixi də, incəsənəti-mədəniyyəti də, şeri-sənəti də… yalan-palan üzərində bərqərar olub və onların özləri bu yalanlara «boyun əyiblər»…
Son günlərin hadisələri göstərir ki, Ermənistan hökuməti indi də çirkab atmağın-riyakarlığın növbəti mərhələsinə qədəm qoyub. Belə ki, Ermənistanın Baş naziri (emənilər özləri onu idiot adlandırırlar!) Nikol Paşinyan bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasının Qarabağ münaqişəsi zonasına yeridilməsi demək olar, reallaşdırıla bilən deyil. Guya bir neçə gün bundan əvvəl mətbuat konfransı zamanı ondan soruşublar ki, o, KTMT çoxmillətli sülhməramlı kontingentinin Dağlıq Qarabağda və Laçın dəhlizində hərəkətə gətirilməsini mümkün hesab edirmi? Heç bilirsinizmi, yalan-palan ustası olan Paşinyan nə cavab verib? O, bildirib ki, «təşkilatın bəzi ölkələrinin obyektivliyinə şübhə var». Onun sözlərinə görə, onlar de-yure Ermənistanın müttəfiqi olsalar da, de-fakto Azərbaycana daha yaxındırlar və onunla iqtisadi və siyasi münasibələri inkişaf etdirirlər…
İndi isə gəlin, diqqət yetirək, görək, KTMT «sülhməramlı missiyasının» Azərbaycan ərazisi olan Qarabağda və Laçın dəhlizində yerləşdirilməsi ideyasının «müəllifi» kimdir? Axı, bunun mümkün olması üçün Ermənistandan başqa eyni zamanda, zorən münaqişə tərəfi olmuş Azərbaycan da, KTMT üzvü olan ölkələrin də hər biri bu ideyaya səs verməlidirlər. İdeyanı ortaya atan isə Ermənistanın simasız hökumətinin özüdür - belə xahişlə məhz Paşinyan özü təşkilata rəsmi müraciət edib. Belədə, məntiqi sual yaranır: KTMT müraciət ünvanlayarkən, Nikolçik məgər bilmirdi ki, onun bu «xahişi» təşkilatın missiyasına uyğun deyil və mümkün olmayacaq? Əlbəttə, bilməmiş omayıb, sadəcə, çıxılmaz vəziyyətə düşdüyünə görə özünü yekəbaşlığa vurmaqdan utanmayıb.
O biri tərəfdən də, KTMT üzv dövlətlərin nə vecinədir ki, onun-bunun qucağında oturmaqla parazit ömrü sürən, Azərbaycana diş qıcayan Ermənistan hökumətini əldə tüfəng qorusun?! Məgər onlar bilmirlər ki, Azərbaycanla münaqişədə Ermənistan hökuməti haqlı tərəf deyil? Əlbəttə, bilirlər və KTMT-nin Ermənistan hökumətinin «xahişi»nə mənfi cavab verməsi, bu həqiqətin əyani gstəricisi sayla bilər. Nikolçik özü də buna şübhə etmir, sadəcə «burcutmaq»la, birtəhər gülünc vəziyyətdən çıxmaq çabası göstərib. Amma neyləyəsən ki, «xain xoflu olduğu üçün» hərdən oğru elə zarıyır ki, gerçəkdən, doğrunu gülmək tutur…скачать dle 12.1