Bia.Az

Çexiyada seçkilər: Pavel və Babiş II tura keçdi

Dünya
 15-01-2023, 01:23     153

NATO-nun Hərbi Komitəsinin keçmiş rəhbəri Pyotr Pavel Çexiyada prezident seçkilərinin ilk turunda irəli çıxıb.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Pavel seçkilər zamanı 35,5 faiz səs toplayaraq, əsas rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babişi qabaqlayıb. A.Babişin isə 35,2 faiz səs topladığı bildirilir.

***
Bülletenlərin 99,99 faizinin sayılmasından sonra P.Pavelin 35,9 faiz, Babişin isə 35 faiz səs topladığı məlum olub.

Seçkilərin birinci turunun nəticələrinə görə, hər iki namizəd 27 və 28 yanvar tarixlərində keçiriləcək ikinci turda mübarizə aparacaq.

İlk turda qələbə üçün namizədlərdən birinin 50 faiz səs toplaması lazım idi.

Birinci turda seçici fəallığı 68,24 faiz təşkil edib.

Babiş ilk raundda Pavelin qələbəsini etiraf edib və onu təbrik edib.скачать dle 12.1