Bia.Az

Dəyərli şəxsiyyət, xeyrxah ADAM - Zaqatala bölgəsinin Zahid Abdullayevi...

Bölgə
 10-01-2023, 18:16     1 445

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən -  Zaqatala rayonunun Ahızxara kəndinin sakini xeyriyyəci Abdullayev Zahid Abdurrahman oglu barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir xeyriyyəci haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri xeyriyyəci bir adam haqqında yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün iş adamlarının bəzilərinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Abdullayev Zahid Abdurrahman oglu xeyriyyəciliyin hörmətə mindirdiyi yox, xeyriyyəciliyi hörmətə mindirən adamdır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Zahid Abdullayevi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Zahid müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. O, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir adamdır. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar.

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Zahid Abdullayevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Zahid müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Zahid Abdullayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün Zaqatala bölgəsində kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən xeyriyyəci, gözəl insan və əsl Vətən daşı!

İki ay öncə müsavat.com-un əməkdaşlarından biri Bakı sakinləri arasında maraqlı sorğu keçirmişdi. O, Hacı Zeynalabdin Tağıyevi nümunə göstərərək, camaatdan soruşur ki, çağdaş dövrümüzdə də xeyriyyəçilik edən şəxslər tanıyırlarmı, bu haqda eşidiblərmi? Cəmi bir neçə adam bildirir ki, hazırda xeyriyyəçiliklə məşğul olan şəxslər var. Əlbəttə, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun təhsil sahəsində, müalicəyə ehtiyacı olan şəxslərə dəstək verilməsində rolu böyükdür və bu qurumun adını bir neçə nəfər çəkdi. Əksəriyyət isə konkret ad çəkə bilmədi. Hətta bir çoxları xeyriyyəçilərin olmadığını iddia etdilər.

Bu, ilk növbədə onun göstəricisidir ki, əksər vətəndaşlar media ilə maraqlanmırlar. Nədən ki, xeyriyyə işləri görən şəxslər barədə mətbuatda daim məlumatlar olur. Görünən budur ki, insanlar əsasən bu məsələdə pessimistdir. Bəlkə də bu o səbəbdəndir ki, Azərbaycanda xeyli sayda geniş imkanlara malik şəxslər olsa da, onların əksəri vəsaitlərini fərdi, biznes maraqlarına sərf edir; restoranlar, şadlıq evləri tikir və s. Amma bu təbiidir, hər kəs öz pulunu necə xərcləməyi özü müəyyən edir və buna müdaxilə etmək də doğru sayılmaz. Xeyriyyəçilik isə təkcə imkan məsələsi deyil! Bu missiyadır, xarakterdir, hətta bir çox hallarda genetik ənənədir. Əlbəttə, gerçək xeyriyyəçilər hansısa işi onlara əl çalınması, reklam edilməsi üçün görmürlər. Bunu Heydər Əliyev Fondunun nümunəsində də görmək mümkündür. Həm Fond, həm də digər bir çox xeyriyyəçilər fərdi qaydada göstərdikləri köməkliklərin açıqlanmamasını xahiş edirlər, yəni təmənna güdmürlər… “Balıq bilməsə də Xaliq bilir”…

Amma ortada bir reallıq da var: Əsl xeyriyyəçiləri xalq tanımalıdır, onlar örnək göstərilməli və digərləri də bundan nümunə götürməlidir. Həmçinin, onların adı tarixə yazılmalıdır, sabahkı nəsil də təcrübələri əsas götürməlidir. Əgər belə olarsa, vətəndaşlarımız da bu günümüz, sabahımız üçün pessimist olmaz və bilərlər ki, cəmiyyətimiz xeyirxah insanlar yetişdirməkdə davam edir…

Bu gün Hacı Zeynalabdinin ruhuna dualar oxumağımıza, adını fəxrlə çəkməyimizə səbəb əsasən onun məktəblər inşa etdirməsidir. Böyük mənada mesenatlıq fərdi qaydada kiməsə əl tutmaq da deyil. Fərdi köməkliklər daha çox ictimai yardımlaşmadır. Məsələn, heç şübhəsiz ki, zamanında Zeynalabdin bəy yüzlərlə kasıb, ehtiyacı olan insanlara əl tutub. Amma bu gün onlar xatırlanmır, məhz onun təhsil sahəsində gördüyü işlər, su kəmərləri çəkdirməsi kimi savab əməlləri tarixə yazılıb.

Müasir dövrümüzdə də məktəblər tikdirən, onlarla yaşayış məntəqəsinə su çəkdirən, təhsil təqaüdləri verən xeyriyyəçi insanlar var. Əlbəttə, onlar bunu gözə girmək üçün deyil, hansısa təmənna ilə etmədiklərindən geniş piarları da aparılmır. Ancaq əksər vətəndaşlarımızın “daha xeyriyyəçilik ənənəsi yoxdur, elə insanlar qalmayıb” kimi pessimist düşüncələrdən azad olması, insanlarımızın məlumatlı, ən əsas, bu günümüzə, sabahımıza inamlı olması üçün Zahid Abdullayevin də bu sahədə gördüyü xeyirxah işləri qeyd etməyə ehtiyac duydum. Bu adamın əliacıqlıgı, alicənablıgı və səxavəti barədə saatlarla danışmaq, yazmaq olar. Fakt odur ki, Zahid Abdullayev əməlisaleh adamdır. Bütün ömrünü insanların rifahı işinə sərf edib. Bəli, o, əsl Vətən daşıdır. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Bu adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

P.S

Bilmirəm xeyriyyəci, tanrı adamı olan Zahid Abdullayevi sizə tanıda bildimmi? Əlbəttə, insan hislərini təsvir edən əmək münasibətləri həm də istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq və məharət kimi başa düşülür. Bu mənada cəmiyyətin ictimai resursları peşə-sənət amili kimi diqtə edilir. Bu zəruri halı Zahid Abdullayevin da fəaliyyətində ictimai zərurət kimi ehtiva etmək olar. Onun təcrübəsindən faydalananlar yetişir, zəhmətə alışır, əl qabarından həyat nemətləri dadır. Bu, əlbəttə, Zahid Abdullayevin müəllim kimi əzmkarlığının, peşəsinə olan məhəbbətinin bariz ifadəsidir. O, çətinliklər üzərindən adlayaraq uğura qapı açıb, bu sütun üzərində özül qurub, pillə-pillə ucalıb, zəhmətə qatlaşıb, hər dəfə ucalanda bunu çiyinlərində məsuliyyət yükü kimi hiss edib, nəticə etibarilə uğura əl toxundura bilib. Hər dəfə haqqında xoş söz eşidəndə və ya təltif ediləndə, əmək münasibətləri onun üçün birinci dərəcəli status kimi ifadə olunub.

Zahid Abdullayev cəmiyyət işindəki fərqli cəhətləri ilə seçilən, bacarığına, ictimai fəallığına şahid olduğumuz, gələcək müvəffəqiyyətlərinə də güvəndiyimiz dəyərli şəxsiyyət və nüfuzlu adamdır. O, bəllidir ki, yeniyetmə yaşlarından ictimai işlərdə fərqlənib, cəmiyyəti düşündürən məsələləri özünün vətəndaşlıq missiyası hesab edib. Onun tez-tez ictimai tədbirlərdə iştirakı, fərqli münasibət bildirməsi gələcəkdə daha yetkin bir insan olacağına işarə imiş. Ağıllı olması, çalışqanlığı, öz zəkası ilə çoxlarını heyrətləndirməsi onun bugünkü işinə bir töhfədir. O, öz ətrafına, bütün insanlara qarşı həmişə həssas və doğma olub, səmimiyyəti ilə hörmət və nüfuz qazanıb. O, özünü təkcə sosial aləmdə deyil, həm də ictimai sahədə də bitkin nəzərlərlə təsdiqləyib, bu əhatədə qərar tutanlara dövlətçilik sevgisi aşılayıb.

Dəyərli şəxsiyyət, nüfuzlu vətəndaş, dövlətsevər insan Zahid Abdullayevə  möhkəm can sağlığı, yüksək nailiyyətlər və tükənməz enerji arzulayırıq.


Vüqar Rəcəboğlu,
Qanunpress.com.az
скачать dle 12.1