Bia.Az

Beyləqanın R.Quliyev adına Yeni Mil qəsəbə orta məktəbindən BİABIRCI GÖRÜNTÜLƏR - Video/Foto

Fakt
 13-01-2023, 02:18     493

Beyləqan rayon Rəşxan Quliyev adına Yeni Mil (Talıbxanli) qəsəbə orta məktəbi istifadəyə yararsız vəziyyətdədir.

BİA.az xəbər verir ki, əməkdaşımız məktəbdən videogörüntü hazırlayıb. Kadrlardan da göründüyü kimi, məktəbin otaqları bərbad vəziyyətdədir. Məktəbdə normal dərs kecmək cətindir. Soyuq qış ayları oldugunu da nəzərə alsaq siniflərin pəncərələri uçub-töküldüyüyündən şagirdlər soyuqdan əziyyət çəkir. Sinif otaqlarını qızdırmaq üçün qeyri-standart elektrik sobalarından istifadə olunur ki, bu da şagirdlərin həyatı üçün təhlükə törədir.

"Nuhu taxtda, Şah Abbası qundaqda" görmüş bu məktəb binasının divarları çat verib, dam örtüyü isə istismar müddətini coxdan başa vurub. Ona görə bina hər an uçmaq təhlükəsi qarşısındadır. “Məktəb”də müasir istilik sistemindən söhbət belə gedə bilməz.

Qeyd edək ki, qəsəbənin 16 nəfər şəhidi, onlarla qazısi vaxtilə bu məktəbdə təhsil olıb. İndi onların evladları bu məktəbdə oxumaq məcburiyyətində qalıb.

Məktəbin direktoru Rza Qəhrəmanov nə işlə məşguldur, məktəbin təmirinə ayrılmış vəsait necə olub?

Görəsən Mil-Muğan Regional Təhsil İdarəsi rəhbərlərinin bu məktəbdən xəbərləri varmı? 

BİA.az olaraq İnanırıq ki, Elm və Təhsil Nazirliyi tərəfindən bu biabırçılığa bir aydınlıq gətiriləcək.




 

BİA.az
скачать dle 12.1