Bia.Az

Polis maşınları, təyyarələr güllə-boran edildi - "El Çapo"nun oğluna qarşı əməliyyatda gözlənilməz dirəniş/VİDEO

Dünya
 13-01-2023, 01:46     153

Meksikada  “El Çapo” ləqəbli narkobaron Xoakin Qusmanın oğlu Ovidio Quzman-Lopez saxlanılıb.
Bu barədə Gununsesi.info BBC-yə istinadən bildirir.
HTML tutorial
Məlumata görə, narkotik kartelinin ən güclü olduğu Sinaloa ştatında polislə dəstə üzvləri arasında toqquşma baş verib.
Atası həbs olunaraq ABŞ-a aparıldıqdan sonra təşkilata rəhbərlik etməkdə günahlandırılan Ovidio-nun 6 aylıq axtarış nəticəsində yaxalandığı açıqlanıb.
Qəzəbli dəstə üzvləri yolları barrikada qurub, maşınları yandırıb və hava limanına hücum ediblər.
Havaya qalxmağa hazırlaşan təyyarə güllə hədəfinə çevrildiyi üçün uçuşlar ləğv edilib.
Hədəf edilən təyyarədə güllə gövdəni deşib və sərnişinlər müdafiə üçün təyyarənin döşəməsinə uzanıblar.
Təyyarədə heç kimin xəsarət almadığı açıqlansa da, Sinaloa əyalətinin üç hava limanında yüzlərlə reys təxirə salınıb.
Qarşıdurmalarda azı 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
Yerli hakimiyyət insanları evlərini tərk etməmək barədə xəbərdarlıq edib.
“El Çapo” 2019-cu ildə narkotik alveri və çirkli pulların yuyulmasında ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.
Meksika səlahiyyətliləri, Ovidio-ya casusluq etmək üçün ABŞ-dan da kömək aldıqlarını və saxlanılan Ovidio-nun Mexikoda təhlükəsiz bir yerə aparıldığını açıqladı.
скачать dle 12.1