Bia.Az

“Krımda məhkum edilmiş Krım tatarlarını azad edin” - Türkiyə çağırış edib

Dünya
 13-01-2023, 01:39     164

Ankara Moskvanı 5 nəfər Krım tatarını azad etməyə çağırıb - onların hər biri 13 il azadlıqdan məhrum edilib.

Bu barədə yanvarın 12-də Türkiyənin «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.

«Biz, Krım tatarları Cəmil Qafarovun, Sərvət Qaziyevin, Erfan Osmanovun, Alim Kərimovun və Seyran Murtazın 13 il azadlıqdan məhrum edilməsi qərarından narahatlıq keçiririk» - Türkiyə XİN bəyanatında deyilir.

Türkiyə nazirliyi təsdiqləyib ki, Ankara Krım tatarlarının öz vətənlərində azad və təhlükəsiz yaşamaq hüququnu dəstəkləyir. «Hesab edirik ki, bütün lazımi addımlar atılacaq ki, Krımda siyasi motivlərlə, o cümlədən analoji qaydada məhkum ounmuş krımtatar xalqının vitse-prezidenti Nəriman Cəlal, Asan Əhmətov və Əziz Əhmətov tezliklə azad olunacaq və öz ailəsinə qayıdacaqlar» - idarənin bəyanatında deyilir (mənbə: /eadaily.com/ru/).скачать dle 12.1