Bia.Az

ERMƏNİ “OYNAŞI”NI DƏYİŞİR – “Rusiyanın əvəzinə Qərb”...

Siyasət
 13-01-2023, 01:37     174

Dünənə qədər qatı ermənipərəst mövqeyi ilə seçilmiş rusiyalı Duma deputatı Konstantin Zatulin Nikol Paşinyan hökumətini sərt tənqid edib və bildirib ki, Ermənistan müttəfiqinin əvəzlənməsi kursu ilə gedir - Rusiyanın əvəzində Qərbi bölgəyə cəlb etməyə cəhdlər göstərir.

Bu barədə «Danışır Moskva» radiostansiyası xəbər verib.
Zatulinin sözlərinə görə, Avropa ölkələri və ABŞ erməni tərəfə Qarabağ münaqişəsinin tənzimlənməsində kömək etmək fikrində deyillər. «Bu situasiyada Ermənistanın KTMT-yə yönəlik nə isə etməyəcəyi barədə bəyanat Ermənistanı heç cür qane etmir. Yalnız onu göstərir ki, Paşinyan hökuməti müttəfiqi əvəzləmək kursu ilə gedir və bölgəyə Qərbi cəlb etməyi arzulayır. Bu ümidlə ki, Qərb, Birləşmiş Ştatlar, Fransa Ermənistana Türkiyə və Azərbaycanla bacarmaqda kömək edəcək. Amma onlar bunu heç vaxt etməyiblər və mən əminəm ki, heç vaxt da etməyəcəklər. Çünki onlar üçün, xüsusilə də Birləşmiş Ştatlar üçün bu bölgədən Rusiyanı çıxartmaq hər şeydən vacibdir. Qalan hər şey… Dağlıq Qarabağın və erməni əhalisinin taleyi onları çox az maraqlandırır» - erməni dostu rusiyalı deputat əmin olduğunu bildirib.
Zatulinin ritorikasından açıq görsənir ki, onun özünü də Qarabağın erməni əhalisinin taleyi hər- hansı nisbətdə maraqlandırmır, amma Kostyanı başqa bir mətləb danışmağa vadar edir - Rusiyanın özünün Cənubi Qafqaz bölgəsində sönməkdə olan nüfuzu və Kremlin Qarabağ siyasətinin getdikcə iflasa uğraması. Paralel olaraq, Kostya bölgədə Türkiyə və Azərbaycan kimi oyunçuların mövqeyinin sürətlə möhkəmlənməsindən də narahatlıq keçirir və deyir ki, Paşinyan hökuməti bu siyasəti ilə Rusiyadan və Qərbdən uzaqlaşıb da bölgədə Türkiyə və Azərbaycanla «baş-başa» qalmaq istəyir və s.
Otuz illik erməni təcavüzü dövründə Ermənistan tərəfi ciddi-cəhdlə müdafiə etmiş Konstantin Zatulin nədən indi Paşinyan hökumətini hədəfə alır? Açıq görünür ki, Kremlin ciddi-cəhdlə Cənubi Qafqazda qalmaq cəhdləri göstərməsinə rəğmən, Rusiyanın Qarabağ siyasətinin tənəzzülə uğraması və bu prosesdə məhz Paşinyan hökumətinin əhəmiyyətli rol oynaması Zatulin kimiləri hər şeydən artıq narahat edir. Odur ki, bir tərəfdən, Kostya Ermənistandan narazılıq ifadə etsə də, o biri tərəfdən, üstüörtülü şəkildə demək istəyir ki, Rusiya bölgədən getmək fikrində deyil və Paşinyan hökuməti bu siyasəti ilə səhvə yol verir. Başqa sözlə, Kostya indi də Ermənistan-Rusiya «izdivac»ında erməniyə «yengəlik» etmək fikrinə düşüb. Belədə, Zatulin və onun kimiləri bilməlidirlər ki, illər boyunca «seks düşkünü» olmuş (özgələrin qucağında uyumuş!) stajlı fahişəyə (erməniyə!) yengəlik etmək nə dərəcədə təhlükəli bir «missiya»dır. Bu təhlükənin reallığını təsəvvür etmək üçün görünür, Kostya «toy gecəsi qız çıxmış stajlı fahişə»yə - Marqoya müraciət etməli olacaq. Şübhə etmirəm ki, Qafqaz xalqları arasında hələ də dövriyyədə olan «fahişənin yengəsinin aqibəti» barədəki adəti Marqo hamıdan yaxşı «qavrayıb» və «vətən naminə» çıxış edərək, bilgilərini Kostya ilə bölüşməkdən vaz keçməz.

Mirzə AĞ
AzPolitika.infoскачать dle 12.1