Bia.Az

SON DƏQİQƏ! Ukrayna QİSASINI ALDI - Rusiyaya böyük şok

Siyasət
 12-01-2023, 14:16     175

Xəbər verdiyimiz kimi, Rusiyanın muzdlu Vaqner qruplaşmasının başçısı Yevgeni Priqojin Ukraynanın şərqindəki, Avropanın ən böyük duz mədəninin yerləşdiyi Soledar qəsəbəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.

Rusiya və Ukrayna bu iddianı rəsmən təsdiqləməsə də, Kiyev qisasını alıb.

Musavat.com Ukraynanın “Kyiv Independent” qəzeti Soledarda bir hücumda 100-dən çox rus əsgərinin öldürüldüyünü və Rusiya hərbi texnikalarının məhv edildiyini açıqlayıb.

Qəzet hücumda raketlərdən istifadə edildiyini yazıb.
Qeyd edək ki, Rusiya Soledarı strateji Baxmut şəhəri və Donbas bölgəsinin açarı kimi görür. Donetsk vilayətində duz mədənlərinin çıxarıldığı kiçik Soledar qəsəbəsinin ələ keçirilməsi rus əsgərlərinin yaxınlıqdakı strateji şəhəri olan Baxmutu mühasirəyə almasını asanlaşdıracaq. Bu səbəbdən günlərdir bölgədə qanlı qarşıdurmalar yaşanır.
Soledarın əhalisi müharibədən əvvəl təxminən 10.000 nəfər idi. Əgər qəsəbə ələ keçirilsəydi, Rusiya Baxmutu yaxınlıqdakı Slovyanskla birləşdirən mühüm təchizat xəttini kəsərdi.
Soledarın ələ keçirilməsinin Kremlin həm hərbi, həm də təbliğat baxımından Rusiya daxilində tənqidçilərə təqdim etdiyi qələbə olduğu şərh edilir, baxmayaraq ki, Rusiyanın qazandığı hər uğur ona baha başa gəlir.скачать dle 12.1