Bia.Az

Rusiyadan Ermənistana minnət: Sərhədlərini qoruyuruq!

Dünya
 12-01-2023, 14:01     124

Ötən il Ermənistan Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçirilən təlimlərində iştirak etmək üçün kontingent ayırmamışdı.

Axar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu, təşkilatdakı müttəfiqləri razılaşdırılmış planları yenidən cızmağa məcbur edir və çətinliklər yaradır:

“Amma KTMT çərçivəsində işlər davam edir, məsələ öz həllini tapacaq”.

M.Zaxarova, həmçinin söyləyib ki, Rusiya hərbçiləri Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, onun sərhədlərini qoruyur:

“Bu obyektiv reallığı inkar etmək mümkün deyil”.скачать dle 12.1