Bia.Az

2023-cü ildə dünyanı gözləyən 5 təhlükə - Qorxulu proqnoz

Dünya
 11-01-2023, 21:14     164

ABŞ 2023-cü il üçün hərbi büdcəsini artırıb. Vaşinqton bu il ərzində Rusiya ilə savaşı davam etdirən Ukraynaya maliyyə və hərbi dəstəyini bir neçə dəfə artıracaq. Vaşinqtonda beynəlxalq aləmdə başqa problemlərin yaranacağı barədə müxtəlif proqnozlar səslənir və yazılır.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ-ın məşhur “The Hill” nəşrində yayımlanan məqalədə 2023-cü ildə Amerikanın Rusiya və Çinlə münasibətlərindəki gərginliyin artacağı, hətta toqquşma həddinə yaxınlaşacağı proqnozlaşdırılıb:
“Məqalənin müəllifi Pol Starsın fikrincə, ABŞ bu il Rusiya və Çinlə hərbi qarşıdurma ilə üzləşə bilər.
Analizdə ABŞ-ın il ərzində üzləşə biləcəyi 5 təhlükə bu şəkildə sıralanıb:
Birincisi, Koreya yarımadasında vəziyyət gərgiləşəcək. İkincisi, İsraillə İran arasında toqquşma ehtimalı artacaq. Üçüncüsü, Hindistanla Pakistan arasında müharibə başlaya bilər. Dördüncüsü, Çin-Hindistan sərhədində yeni gərginlik olacaq. Beşincisi, Tayvan adası ətrafında gərginlik növbəti mərhələyə daxil olacaq.
Məqalədə nüvə silahının yayılmasının və iqlim dəyişikliyinin də ABŞ üçün ciddi təhdid olduğu yazılıb”.
Politoloq qeyd edib ki, “Daily Mail” nəşrində yayımlanan məqalədə isə ABŞ-da 2023-cü ildə inflyasiyanın və artan qiymətlərin Vaşinqtona ciddi problemlər yaradacağı bildirilib:
“Beləliklə, 2023-cü ilin ABŞ üçün ağır olacağı barədə proqnozların sayı artıb. Ancaq sadalanan problemlər yalnız Amerika üçün deyil, müharibə ehtimalları olan ölkələr üçün də ciddi təhdiddir. Misal üçün İranın nüvə silahı əldə etməsi və ya İsraillə toqquşma ehtimalı Avrasiya bölgəsini qarışdıracaq. Və ya iki nüvə dövləti olan Hindistanla Pakistan arasındakı qarşıdurma yalnız ABŞ-ın problemi olmayacaq”.скачать dle 12.1