Bia.Az

Pulları əlində qalan banklar... – AMB-NİN DEPOZİTİNƏ HÜCUM ÇƏKDİ

İqtisadiyyat
 13-04-2020, 14:49     311

Pulları əlində qalan banklar... – AMB-NİN DEPOZİTİNƏ HÜCUM ÇƏKDİ

Koronavirus və onun gətirdiyi məhdudiyyətlər, eləcə də biznes mühitdə yaranan duğğunluq və kredit aktivliyinin kəskin ahağı düşməsi ölkə banklarını pullarını yatırmaq üçün alternativ varinatlara məcbur edib.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının aprelin 13-də keçirdiyi vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı maraqlı nəticə ilə başa çatıb.
Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 426,9 mln. Manat təşkil edib. Hərracda 250 milyon manat depozitin cəlb edilməsi nəzərdə tutulurdu. Başqa sözlə, tələb təklifi 1,7 dəfə üstələyib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,85% təşkil edib.

Qeyd edək ki, son günlər bankların AMB-nin alətlərinə marağı azalmışdı (bu barədə daha ətraflı). Səbəbi həm kredit aktivliyinin artması, həm də manatın devalvasiyası ilə bağlı narahatlıqların olmasıdır.

Belə ki, aprelin 1-də keçirilən AMB-nin 28 günlük notları üzrə hərracda notların yarıdan çoxu satılmayıb – 100 milyon manatlıq notlara cəmi 37,7 milyon manat təklif gəlib.

Ötən şəftənin əvvəlində (6 aprel) keçirilən depozit hərracında 200 milyonluq təklifə cəmi 258 milyon manat (nisbət 1,3 ) tələb gəlmişdi. Aprelin 8-də keçirilən 28 günlük not hərracında isə 100 milyonluq təklifə cəmi 104,56 milyon manat (nisbət 1,05) təşkil edib.

Başqa sözlə, banklar manatın məzənnəsi və manat likvidliyi prbolemi narahatlığı ilə manatda olan kağızlara vəsait yatırmağa həvəsli deyildilər.

Amma son günlər kredit aktivliyinin kəskin azalması nəticəsində banklar əllərindəki vəsaitləri kreditə yatırmaqda çətinliklərdə üzləşiblər. Nəticədə AMB-nin kağızlarına tələbat yenidən artıb.скачать dle 12.1