Bia.Az

Ukrayna Ordusu Kiyev vilayətinin şimalını minalayır

Dünya
 11-01-2023, 01:15     151

Ukrayna Silahlı Qüvvələrinin mühəndis və istehkamçı hissələri yolları, meşə zolaqlarını, elektrik xətlərini və tankların hərəkət edə biləcəyi digər yerləri minalayır.

“Report” xəbər verir ki, bu barədə qərargah rəisi - Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları komandanının müavini Oleksandr Pavlyuk teleqramda yazıb.

Onun sözlərinə görə, rusiyalıların yenidən Kiyevə hücuma cəhd edəcəyi halda maneələr yaradılır.

Qeyd edək ki, fevralın 25-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinə hücumu aprelin 2-də işğalçı qüvvələrin ağır məğlubiyyəti və geri çəkilməsi ilə başa çatıb.

 Hazırda vilayət Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.скачать dle 12.1