Bia.Az

`Azercell` keyfiyyətdə NİYƏ GERİ QALIR? - GİLEY

Fakt
 10-01-2023, 16:08     216

Jurnalist Elnurə Abuşova “Azercell” mobil rabitə xidmətini tənqid edib.

DİA.AZ-ın demokrat.az-a istinadən məlumatına görə, jurnalist adıçəkilən mobil operatorun internet xidmətindən nazarazılığını belə ifadə edib:

“Hörmətli Azercell, 1 aydır ki, Rəsulzadə qəsəbəsində evdə şəbəkəniz yoxa çıxır. Optik internetimiz olmasa, bizimlə əlaqə mümkün deyil. Nə baş verir? Biz deyirik getdikcə insan ayağı dəyməyən yerlərdə mobil əlaqə mümkün olacaq, siz icra hakimiyyətinin binasından 5 dəqiqəlik yolu olan binaya şəbəkəni kəsirsiz? Bu, 1 aydı belə olur. Əvvəl heç bir problemimiz olmayıb. Quru cavab yox, çarə gözləyirəm.
Hörmətlə 20 illik sadiq abonentiniz.

P.S. ekranın şəklini bura yerləşdirirəm. Hər iki nömrəm Azercell abunə nömrələrdir.

Qızımın telefonunda da eyni vəziyyət”.

`Azercell` keyfiyyətdə NİYƏ GERİ QALIR?


скачать dle 12.1