Bia.Az

TƏBİB-dən açıqlama: 46 nəfər...

Sosial
 10-01-2023, 15:09     233

“Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 46 müraciət daxil olub”.

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

O qeyd edib ki, müraciətlər müxtəlif travmalarla bağlı olub: “Xəsarət alanlardan 45-i (27-si qadın, 18-i kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. 1 nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib.


Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub. Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 20-85 yaş aralığında şəxslər olub”скачать dle 12.1