Bia.Az

“Rusiya nefti bazar qiymətindən iki dəfə ucuz satılır”- “Bloomberg”

Dünya
 10-01-2023, 15:05     119

“Rusiyanın “Urals” nefti yanvarın 6-da bir barel üçün 38 dollardan aşağı qiymətə satılıb ki, bu da bazar qiymətindən iki dəfə ucuz deməkdir”.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“Bu, Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq üçün G7-nin razılaşdırdığı Rusiya nefti ilə bağlı qiymət tavanından da aşağıdır”, – agentlik qeyd edib.

Xammal qiymətlərinin inkişafını təhlil edən “Argus” agentliyinin məlumatına görə, Rusiya ixracının əsas hissəsini təşkil edən “Urals” markalı neftin yanvarın 6-da Primorsk limanında qiyməti bir barel üçün 37,80 dollar olub. “Brent” markalı neft isə 78,57 dollara satılıb.

“Bloomberg” qeyd edir ki, Avropa İttifaqının (Aİ) sanksiyaları Rusiyanın Çin və Hindistandan asılılığının artmasına səbəb olub. Agentliyin məlumatına görə, bu iki ölkə, eləcə də Türkiyə hazırda Rusiya neftinin yeganə əsas alıcısıdır.

Aİ-nin Rusiya neftinin dəniz yolu ilə tədarükünə tətbiq etdiyi embarqo 2022-ci il dekabrın 5-də qüvvəyə minib. Həmin gün Rusiya nefti üçün G7 ölkələri, Avropa İttifaqı və Avstraliya tərəfindən müəyyən edilmiş qiymət tavanı qüvvəyə minib. Öz növbəsində, Rusiya müqavilələrində qiymət həddi tətbiq edilən ölkələrə xammal satmayacağını açıqlayıb.скачать dle 12.1