Bia.Az

Tarixən “yolunu azan”lara böyük Yaradan “görk olub”

Gündəm
 12-04-2020, 18:30     332

Tarixən “yolunu azan”lara böyük Yaradan “görk olub”Bu gün dünya ölkələrini sarsıdan koronovirus (COVİD-19) pandemiyasının bütün bəşəriýətə elan etdiyi “3-cü cahan savaşı”nın hər tərəfə sürətlə yayılması və pandemiyanın “zəfər bayrağı”nı əksər ölkələrə sancması, sözün həqiqi mənasında acı bir taledir. Hər kəsə bəllidir ki, insanlıq tarixi yarandığı vaxtlardan indiyə kimi Uca Tanrı dəfələrlə bəşəriyyəti belə sinaqlara çəkmiş, hətta hər kəsi haqq- ədalət yoluna da dəvət etmişdir. Yazılı qaynaqlara müraciət etdikdə bəlli olur ki, bir neçə dəfə yaxın tarixi keçimişimizdə çətin günlərin yaşanması halları mövcud olmuşdur.

Bir-birinə qənim kəsilmiş insanları düz yola istiqamətləndirmək üçün, Uca Tanrının ğondərdiyi bəlalardan biri də koronovirus (COVİD-19) pandemiyasıdır. XX əsrin əvvəllərində bəşəriyyəti “İspan qripi” ağuşuna alır və belə bir səbəb üzündən də, bəzi məlumatlara görə 50, bəzi məluatlara görə isə, 75 milyon insan bu bəlanın “qurbanı olur”. Həmin illərdə ən çox itki verən ölkə, məhz ABŞ-ı olur. Dünyada demokratiyanın, sülhün carçısı kimi özünü tanıtdırmağa çalışan və bu yolda “əldən-ayaqdan gedən” ABŞ-da, həmin illərdə yarım milyondan artıq insanın dünyasını dəyişməsi, heç də təsadüf nəticəsində baş verməyib. 1918-ci ildə Azərbaycanımızın dilbər guşələrindən biri olan Dağlıq Qarabağda, yəni ermənilərin çoxluq təşkil etdiyi ərazilərdə son dərəcə qorxulu taun epidemiyasınin yayilmasi və belə bir səbəb üzündən də, insanların kütləvi şəkildə ölməsi, onların torpağa tapşırılmadan yandırılması və s. onu sübut edir ki, türk dünyasına faşist, nasist hərəkətləri ilə daim qənim kəsilən ermənilərə bu Yaradanın etdiyi ciddi xəbərdarlıq olur. Koronovirus (COVİD-19) pandemiyasının Çin Xalq Respublikasının Uhan əyalətindən yayılmasını ilk əvvəl əksəriyyət Çinin superdövlətə çevrilməsinin qarşısını almaq məqsədilə, ÂBŞ tərəfindən atılan addım kimi qiymətləndirməyə cəhd etdi.

XX əsrin əvvəllərində olduğu kimi, bu gün də ÂBŞ-nın yoluxma səviyyəsinə və bu xəstəlikdən ölənlərin sayına görə öndə olması faktı, həm verilən proqnozların düz olmadığını, həm də bunun dünya ağalığına can atan hər iki ölkə üçün, Tanrı tərəfindən ciddi bir xəbərdarlıq olduğunu sübuta yetirmək mümkündür. Ermənistanın və ona havadarlıq edənlərin Azərbaycandan qoparmağa çalışdıqları Dağlıq Qarabağda virusun şurətlə yayılması, bu məşum topluma da Uca Tanrının etdiyi ciddi xəbərdarlıqdır. Azərbaycan xalqı humanist xalq olduğuna görə, bir vətəndaş olaraq bu yazıya insanpərvərlik notları ilə üç nöqtə qoyub, İlahi yolunu azanların ədalətli olmalarını, cahanda sülh, birlik, həmrəylik yoluna qayıtmalarını arzu edərdik.

Rasafil Bayramov

İctimai Xəbər Agentliyinin rəhbəriскачать dle 12.1