Arxiv

Oxunub:40 / 22 dek 07:19sosial, gundem

Bakı meri postunda dəyişiklik ola bilər... - Əgər belə davam edərsə...



Bakı meri postunda dəyişiklik ola bilər... - Əgər belə davam edərsə...















Bakıda iri ticarət obyektlərinin, yeni binaların tikintisi yaşıllıq zolaqlarının məhv edilməsi ilə müşahidə olunur.Paytaxt artıq neçə illərdir bu problemlə üzə-üzə qalıb.Bu gün yaşıllıq gördüyümüz yerlərdə səhəri gün iri bir tikilinin özülünün atıldığını görürük.Bu isə həm ekoloji cəhətdən ciddi problem yaradır, həm də insanların narazılığına səbəb olur.Ancaq bütün bunlara baxmayaraq nə tikinti dayanır, nə də yaşıllıqların qırılması.Ən yüksək səviyyədə belə yaşıllıq zollaqlarının qorunması tapşırılsa da, yeni yaşıllıqların salınması həyata keçirilsə də, paytaxın məsuliyyət daşıyan rəhbərləri sanki yaşıllıqlara qənim kəsilib.Dəfələrlə bu məsələ gündəmə gəlsə də, bir sıra məmurlar “yaşıl soyqırım”ı və tikinti bizneslərini hələ də davam etdirirlər.

Paytaxtda yaşıllıqların məhvi məsələsində ilk yada düşən şəxs təbii ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olur.Məlumdur ki, paytaxtda tikilən iri obyektlərin icazəsini məhz Bakı meriyası verir.Bu günlərdə mediada eyni səpkidə daha bir yazı gedib. Belə ki, Nizami rayonu, Şərq küçəsi, məhəllə 40/85-də- “Azərsutikinti” xəstəxanasının qarşısında yerləşən şam meşəliyində 17 il əvvəl qanunsuz tikilmiş 10 ev BŞİH başçısı Hacıbala Abutalıbovun göstərişi ilə sökülüb. Söküntü işləri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən 100-ə yaxın polis nəfəri cəlb olunmaqla sökülüb.Söküntüdən sonra təxminən 2 hektar meşə ərazisi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən bölünərək hasarlanıb.Ehtimal olunur ki, bölünən meşə sahəsi ayrı-ayrı şəxslərə satılacaq.Əks halda niyə sıx şam ağacları ilə dolu olan yaşıllıq ərazisi hasarlansın?Və ya orada tikilən evlən qanunsuzdursa, tikinti icazəsi yoxdursa, həmin ərazini hasarlamaq kimə və nəyə lazımdır? Qeyd edək ki, ağacların kəsilməsi qaydası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Həmin qərarda nəzərdə tutulur ki, yalnız yıxılmış, qopmuş və təhlükə törədən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə kəsilə və ya budana bilər.

“Yaşıl soyqırım”da paytaxt merinin adının çəkilməsi təsadüfi deyil.Çünki paytaxta nəzarət edən qurum məhz meriyadır.Aparılan tikililərə, söküntülərə məhz bu qurum nəzarət edir.Əgər hansısa ərazidə bu cür fakt qeydə alınırsa, məsuliyyəti də məhz meriya daşımalıdır.Təbii ki, nə qədər absurd olsa da, meriya hansısa ərazidə ağac kəsilməsi faktını təkzib edə, bundan xəbərsiz olduğunu deyə bilər.Bu isə vəziyyəti dəyişmir və H.Abutalıbovun məsulliyyətini azaltmır.“Yaşıl soyqırım” Abutalıbovun razılığı ilə həyata keçirilirsə, pis. Yox, onun bundan xəbəri yoxdursa, lap pis.

Bir şey dəqiqdir ki, paytaxt əhalisinin “oksigen balonu” hesab edilən yaşıllıq zolağının məhv edilməsi Hacıbala Abutalıbovun sonunu gətirəcək.
Cebhe.info