Arxiv

Oxunub:73 / 21 dek 09:23siyaset

Ramil Usubov daha bir rəisi işdən çıxartdı - TƏYİNAT



Ramil Usubov daha bir rəisi işdən çıxartdı - TƏYİNAT















Daşkəsən rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəsi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə də yeni rəis təyinatları olub. Belə ki, Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.