Bia.Az

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri saxlanılıb - FOTO

Hadisə
 8-01-2023, 15:45     232

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İsmayıllı rayon sakini Rəşad Şahbazzadənin idarə etdiyi “Opel” markalı avtomobil nəzarət-yoxlama qaydasında saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən ovlanmış bir baş cüyür aşkarlanıb.

Araşdırma zamanı Rəşad Şahbazzadənin avtomobildə olan digər iki sərnişini, İsmayıllı rayon sakinləri - Fariz Bəkirov və Cavanşir Xələfovla birlikdə həmin cüyürü satmaq məqsədilə İsmayıllıdan Qəbələyə gəldikləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1