Bia.Az

“Mən o oğlan deyiləm...” - ABŞ-ın üçüncü vəzifəli şəxsi Makkarti kimdir?

Siyasət
 7-01-2023, 15:19     157

Respublikaçılar Partiyasının namizədi Kevin Makkarti, nəhayət səsvermənin 15-ci turunda ABŞ Nümayəndələr Palatasının spikeri seçilib. O, 216 səs, onun Demokrat Partiyasından olan əsas rəqibi isə 212 səs toplayıb. Səsvermənin əvvəlki raundunda da Makkarti eyni sayda səs toplasa da, bu, qalib gəlmək üçün kifayət etməmişdi. Seçkilər namizədlərdən biri ən azı 218 səs toplayana qədər davam etməli idi. Noyabr seçkilərinin nəticələrinə görə, Nümayəndələr Palatasında 222 Respublikaçı və 212 Demokrat var. Senatda isə (Konqresin yuxarı palatası) Demokratlar 51, Respublikaçılar isə 49 yerə sahibdirlər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, son turda altı konqresmen namizədlərin heç birinə səs verməyib və bu, Makkartinin qələbəsini təmin edib. Respublikaçılar 57 yaşlı Makkartinin spiker seçilməsini alqışlarla qarşılayıblar. Sonuncu dəfə Nümayəndələr Palatasının sədrinin birinci turda seçilə bilməyəcəyi vəziyyət 100 il əvvəl yaranmışdı. 1923-cü ildə namizəd seçmək üçün doqquz tur lazım olmuşdu.
WhatsApp Image 2023-01-07 at 14.54.21.jpeg (278 KB)
Nümayəndələr Palatasının sədri ABŞ Konstitusiyasına görə ölkədə üçüncü səlahiyyətli şəxsdir. Prezident və vitse-prezidentdən sonra ölkənin əsas vəzifəli şəxsi məhz Makkarti hesab olunur.
Makkarti 2015-ci ildə də spiker seçilmək üşün namizədliyini irəli sürmüşdü və seçilmək şansı çox idi. Amma respublikaçılar səs verməyə hazırlaşarkən, Makkarti gözlənilmədən seçki yarışından çıxdığını elan etdi. O, respublikaçılara spiker üçün yeni sima lazım olduğunu dedi. O, "Mən o oğlan deyiləm" deərək yarışdan çəkildi.
ABŞ prezidenti Co Bayden Makkartini spiker seçilməsi münasibətilə təbrik edib və fəal işləməyə çağırıb.
Nümayəndələr Palatasının əvvəlki sədri Demokrat Partiyasından ermənipərəst Nensi Pelosi idi. 2022-ci ilin noyabrında o, tutduğu vəzifədən getdiyini açıqlamışdı. Noyabrdakı aralıq seçkilərdən sonra respublikaçıların Nümayəndələr Palatasına nəzarəti bərpa edəcəkləri gözlənilirdi ki, bu da sonda baş verdi.
WhatsApp Image 2023-01-07 at 14.54.19.jpeg (243 KB)
Kevin Oven Makkarti 1965-ci ildə anadan olub. Ana tərəfdən babası italyan mühacir, ata tərəfdən isə irlanddır. O, ailəsində ilk respublikaçıdır, çünki valideynləri Demokrat Partiyasının üzvləridir.
Makkarti 2002-ci ildən 2006-cı ilə qədər Kaliforniya Ştat Assambleyasında təmsilçi olub. O, 2006-cı ildə ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilib. Makkarti 2009-2011-ci illərdə Nümayəndələr Palatasında respublikaçılara rəhbərlik edib.
Kevin Makkarti hərbi xərclərin 75 milyard dollar azaldılmasının tərəfdarıdır. Əsasən, Pentaqonun maliyyələşdirdiyi hərbi xərclər 2022-ci maliyyə ilində təqribən 782 milyard dollar olub, 2023-cü maliyyə ilində isə 75 milyard dollar artaraq 857 milyard dollara çatıb. Eyni zamanda vurğulanır ki, Makkartinin bu təklifi milli təhlükəsizliyin gücləndirilməsində israrlı olan Nümayəndələr Palatasının bəzi üzvlərində ciddi narazılıq doğura da bilər.
скачать dle 12.1