Bia.Az

İsmayıllıda məmurlar QOÇULUQ EDİR... - İLGİNC İDDİA

Fakt
 6-01-2023, 14:09     223

İsmayıllıda Yeni il tədbirində biabırçı hadisə baş verib. Reportyor.info bildirir ki, 31 dekabr axşam saat 22:00-da Yeni il tədbiri planlaşırıdılıb. Təşkilatçı İsmayıllı rayon Mədəniyyət Mərkəzi olub və bayram tədbiri də həmin mərkəzin qarşısında baş tutmalıymış. Tədbir rayon səviyyəli keçirilməsi nəzərdə tutulsa da, təşkilatçı heç bir iş görməyib. Saat 22:00-da başlayacaq tədbir baş tutmayıb. Tədbirə yığışanlar Niva markalı avtomobildə mahnı səsləndirməklə tədbirə başlayıblar. Ardından maşının və telefonun işığında bir neçə müğənni mahnı ifa edib.

İsmayıllıda məmurlar QOÇULUQ EDİR...

Həmin vaxt Mədəniyyət Mərkəzinin direktoru Araz Şəmdinli tədbirə gəlib. İşçilərdən biri tədbirin belə biabırçı olmasına etiraz edib. Tərəflər arasında mübahisə yaranıb. Ardından dava başlayıb. Araz Şəmdinli həmin işçini söyüb. Onu bıçaqlamaq istəyib. Mədəniyyət Mərkəzinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin işçiləri olayın qanla bitməsinə mane olsalar da, yekunda xətasız ötüşməyib. İşçilər bıçağı Araz Şəmdinlinin əlindən alan zaman bıçaq onun qoluna girib. Məsələni ört-basdır etmək üçün A.Şəmdinlini xidməti otağına aparıblar. Otağa daxil olan A.Şəmdinli otaqdakı bütün avadanlıqları yerə çırpmaqla sıradan çıxarıb.

Məsələdən sonra Araz Şəmdinlinin qoluna bir neçə tikiş qoyulduğu deyilir. A.Şəmdinli diqqətdə qalmamaq üçün təhsil məzuniyyətinə çıxıb.

Əlavə olaraq da qeyd edək ki, tədbirdən sonra Prezidentin Yeni il təbriki olmalı imiş və həmin təbrik rayon mərkəzindəki və Mədəniyyət Mərkəzinin tabeçiliyində olan monitorda nümayiş etdirilməli idi. Lakin Prezidentin çıxışı 3 dəfə yarımçıq qalıb. Məlum olub ki, monitorun müəyyən detalları Mədəniyyət Mərkəzinin rəhbər şəxsləri tərəfindən sökülərək satılıb.
//Reportyor.info//скачать dle 12.1