Bia.Az

Kliniki Tibbi Mərkəzdə 14 yaşlı uşaq koronavirusun qurbanı olub? - AÇIQLAMA

İdman
 13-04-2020, 12:09     479

Kliniki Tibbi Mərkəzdə 14 yaşlı uşaq koronavirusun qurbanı olub? - AÇIQLAMA14 yaşlı uşaq koronavirusun qurbanı olub.

“Yeni Sabah”ın məlumatına görə, aprel ayının 5-də Təcili Tibbi Yardım stansiyasının əməkdaşları 2006-cı il təvəllüdlü Aşurov Oktay Əsgər oğlunu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksindən kor bağırsağı ağrısı ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.

Mərhumun atası Əsgər Aşurovun “Yeni Sabah”a verdiyi məlumata görə, heç vaxt xəstəlikdən şikayət etməyən uşağında bir neçə gün qızdırma olub sonra isə kor bağırsağından kəskin ağrı tutub:

“Oktayı müəyyən müayinələrdən, tibbi aparatlardan keçirdilər və qərar verildi ki, əməliyyat olunmalıdı. Uşaq cərrahı olan Əliyev Qismət Adbala oğlu və anestezioloq-reanimatoloq Nəsibova Esmira Mirzə qızı Oktayı əməliyyata götürdülər, 2 saatdan sonra dedlər ki, uşaq narkozdan ayılmadı”.

Qeyd edək ki, bundan sonra uşağın meyitini atasına verib yola salıblar. Artıq Füzuli rayonundan məcburi köçkün olan Əsgər Aşurov uşağının ölümü ilə bağlı Nəsimi rayon prokurorluğuna şikayət edib.

Uşağı əməliyyat edən həkimlərə gəldikdə isə, 78 yaşlı Qismət Əliyev əməliyyatı normal etdiyini, uşağın anestezioloqun səhvindən dünyasını dəyişdiyini bildirdi. Anestezioloq Esmira Nəsibova isə uşağın ağciyər iltihabından dünyasını dəyişdiyini bildirdi:

“Xəstə gecikdirilmiş pretanit diaqnozu ilə gətirilmişdi, apentsin fəsadları görünürdü. Həmçinin, ağciyərlərində plevmaniya əlamətləri var idi. Uşağa “kəskin respirator distres sindrom”u qoyuldu. Xəstəlik tarixində RDS-in inkişaf etdiyini geniş yazmışam. Əməliyyatın sonunda endotraxeal borudan köpüklənmiş qan gəldi. Uşaqda neçə gün bədən temperaturu yüksək olub. Bu da virus mənşəlli xəstəliyə səbəb olan amillərdən biridi”.

Belə çıxır ki, Oktay Aşurovda təkcə apandisit əlamətləri yox, həmçinin ağciyər iltihabı da olub.

Oktay Aşurovun həkim səhvindən, ya koronavirus xəstəliyindən ölməsi Nəsimi rayon prokurorluğunda aparılan araşdırmalardan sonra dəqiq bəlli oacaq.скачать dle 12.1