Arxiv

Oxunub:137 / 18 dek 10:54Texnologiya

Selfitis: Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir?



Selfitis: Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir?














Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər.

The Daily Telegraph qəzeti yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəfə 2014-cü ildə işlədilib. Həmin vaxt Amerika Psixiatriya Mərkəzi bu meyli xəstəlik kimi qiymətləndirməyi təklif edib.

Nottingham Trent Universiteti və Hindistandakı Thiagarajar İnstitutu da bu vərdişin xəstəliyə çevrilib-çevrilmədiyini araşdırıb.

Aparılan araşdırmalar nəticəsində Selfitis-in ruhi pozuntu olması nəticəsinə gəlinib və xəstəliyin ciddiliyinin qiymətləndirilməsi üçün Selfitis Davranış Şkalası yaradılıb.

Şkala 1-100 arası dəyişir. Araşdırmada 200 nəfər iştirak edib və göstəricilər daha sonra 400 nəfərdə sınaqdan keçirilib.

İştirakçılar Hindistandan olub. Çünki, ən çox selfi çəkən və təhlükəli yerlərdə selfi çəkərkən ölənlərin çoxu Hindistandandır.

Beynəlxalq Ağıl Sağlamlığı və Asılılıq jurnalında dərc olunan nəticələrə görə, Selfitis-in üç səviyyəsi müəyyən edilib:

Sərhəddə olanlar: gündə ən az 3 dəfə selfi çəkənlər, amma hamısını sosial mediaya qoymayanlar.
Kəskin: Gündə ən az 3 selfi çəkib hər birini sosial mediaya qoyanlar.
Xroniki: Selfi çəkmək üçün nəzarət edilə bilməyən bir istək duyan, həddən artıq selfi çəkən və gündə ən az 6 dəfə sosial mediada bölüşənlər.
Ellen DeGeneres'in 2014 Oscar töreninde çektiği selfie.Ellen DeGeneres-in 2014-cü ildə çəkdiyi selfi çox səs-küyə səbəb olmuşdu.

Özünəinam əskikliyi, diqqətçəkmə istəyi

Notthingham Trent Universitetinin Psixologiya fakültəsindən Dr. Janarthanan Balakrishnan deyir ki, "Adətən bu vəziyyətdə [Selfitis] olanlarda özünəinam əskikliyi olur və dairələrində qəbul edilmə istəyi yaranır".


Dr. Balakrishnan əlavə edib ki, "Bu narahatlığın varlığı təsdiq edilib, indi insanların nə üçün və necə belə davrandıqlarını və bu vəziyyətdən ən çox əziyyət çəkənlərə necə kömək ediləcəyini tapmaq lazımdır".

Doha'da Ajyal Gençlik Film Festivali'nde Katarlı bir kadın, üzerinde Katar Emiri Şeyh Tamim bin Haman el Sani'nin fotoğrafı olan bir telefonla selfie çekiyor.

Lakin Londondakı Kings College Universitetinin Psixologiya Fakültəsinin Professor Simon Wessely isə selfi çəkməyin xəstəlik olması ideyasına şübhə ilə baxır:

"Araşdırma selfi çəkənlərin ruh hallarının yaxşılaşdığını, diqqətləri üzərilərinə çəkdiklərini, özünəinamlarını artırdığını və ətraf mühit ilə əlaqə qurduqlarını göstərir".

The Royal College Psixiatriya qurumundan Dr. Mark Slater da "Selfitis deyə bir şey yoxdur və olmamalıdır" deyir:

"Qarışıq və mürəkkəb insan davranışlarını tək bir kəlmə ilə yarlıqlama meyli var. Amma bu təhlükəli və həqiqi olmayan bir şeyə həqiqət kimi bir məna yükləyə bilər".