Bia.Az

İran Ələkrəm Hümbətovun anım mərasimini keçirəcək

Dünya
 6-01-2023, 01:15     145

1992-93-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və ölkəmizi parçalamağa çalışan separatçı Ələkrəm Hümbətova İranda anım mərasimi keçiriləcək.

Axar.az xəbər verir ki, bununla bağlı İranda vərəqələr yayılıb.

Vərəqələrdə “talış-muğan muxtar cumhuriyəti”nin banisi kimi təqdim olunan Ələkrəm Hümbətovun anım mərasiminin yanvarın 7-də Tehranın Psixologiya İnstitutunun akt zalında keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Ə.Hümbətov mühacirətdə olduğu müddətdə dəfələrlə Ermənistana səfər edərək, Azərbaycan əleyhinə çıxışlar etmişdi.

Ələkrəm Hümbətov 2022-ci ilin dekabrın 22-də ölüb.скачать dle 12.1