Bia.Az

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Sosial
 6-01-2023, 01:08     215

Bu il Həcc ziyarətinə getmək istəyən Səudiyyə Ərəbistanında yaşayan müsəlmanlar artıq Həcc ziyarəti üçün müraciət edə bilərlər.

Bunu ölkənin Həcc və Ümrə Nazirliyi yanvarın 5-də “Twitter” səhifəsində bildirib.

Qurum Səudiyyə Ərəbistanında zəvvarlar üçün 2023-cü il Həcc ziyarətinə müraciət mövsümünün açıldığını bəyan edib.

Nazirlikdən bildirilib ki, insanlar Həcc ziyarəti üçün nazirliyin saytı vasitəsilə müraciət edə bilərlər.

Həmçinin bildirilir ki, yerli zəvvarlar Həcc ziyarətinə icazə aldıqdan sonra onlayn püşkatma sistemi vasitəsilə təsadüfi seçiləcəklər.

Qeyd edək ki, bir qədər sonra Nazirliyin əcnəbi zəvvarların da müraciətlərinin qəbuluna başlayacağı gözlənilir.

Mənbə: rossaprimavera.ruскачать dle 12.1