Bia.Az

Baxçalı od püskürdü - "Səbrimizi daşırmasınlar..."

Dünya
 4-01-2023, 14:08     142

Xalq ittifaqı sülhün, qardaşlığın və birliyin vəhdətidir. Verdiyimiz vədlər ard-arda yerinə yetirilir. İnanıram ki, şeytanın ayağı qırılacaq, Türkiyə buxovlardan tamamilə azad olacaq. Əslində 2023-cü il Türkiyə və Türk Əsrinin dönüş nöqtəsi olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı deyib.

MHP sədri birlik və həmrəyliyi pozmaq üçün fürsət axtaranların yenə ortaya çıxacağını söyləyib:

"Amma heç kim səbrimizi daşırmasın. Heç kəs susqunluğumuzun əsalətindən cəsarət almağa çalışmasın. Pis niyyətlərinə bələd olduqlarımızın Cümhuriyyətin yeni əsrini müzakirəyə açmaq hiylələri heç bir nəticə verməyəcək, hesablamalar əks nəticə verəcək".скачать dle 12.1