Bia.Az

Polşa səfiri Osmanlı sarayına niyə gəlmirdi?

Dünya
 4-01-2023, 11:53     155

Türkiyə ən çətin zamanlarında da dövlətçilik əxlaqı prinsipini heç zaman unutmamışdı. 1795-ci ildə Polşa üçüncü və sonuncu dəfə Rusiya, Avstriya və Prussiya arasında bölünəndə Osmanlı sarayı onilliklər boyu bu ədalətsiz bölgüyə etirazını bildirmişdi.

Deməli, ildə bir neçə dəfə müxtəlif bayramlar münasibəti ilə İstanbuldakı səfirlər Sultanla görüşə - Selamlık mərasiminə dəvət edilirdi. Arxasında Böyük Polşa və Litva knyazlığının bayrağı asılmış bir kreslo həmişə boş saxlanırmış. Bütün səfirlər yığılandan və sultan salona daxil olandan sonra protokol şefi boş kreslonu hökmdara göstərib "Lehistan elçisi henuz gelmedi" - deyə məlumat verir və yalnız  bundan sonra mərasim başlanırdı. Yəqin ki, Lehistan elçisinin gəlməməsinə səbəb olan Rusiya, Avstriya və Prussiya səfirləri bu xatırlatmadan müəyyən diskomfort hiss edirdilər.

Dövlət əxlaqını və dövlətçilik mədəniyyətini müasir dünya həm də 600 il ərzində dünyanın üç qitəsində hökmranlıq etmiş Osmanlı imperatorluğundan - Türkiyədən öyrənməlidir...

Vilayət Quliyevскачать dle 12.1