Bia.Az

Ronaldonun müqaviləsində xüsusi bənd- Qalmaqallı məqam

Şou
 3-01-2023, 01:03     352

"Mançester Yunayted"lə müqaviləsini dayandırdıqdan sonra böyük sürprizə imza atan və Səudiyyə Ərəbistanının "Əl Nassr" komandası ilə müqavilə imzalayan Kriştianu Ronaldonun müqaviləsində xüsusi bənd olduğu iddia edilib. 

Musavat.com xəbər verir ki, İspaniyanın "Marca" qəzetində yer alan "Sporx"un xəbərinə görə, portuqaliyalı ulduzun "Əl Nassr"la müqaviləsində "Nyukasl Yunayted"lə bağlı bənd var. Bu maddəyə əsasən; Ronaldo "Nyukasl Yunayted" UEFA Çempionlar Liqası vizası alarsa, gələn il icarə əsasında İngiltərə komandasına keçə biləcək.

Ronaldonun karyerası bitməmiş Çempionlar Liqasında yenidən oynamaq istədiyi və bu səbəbdən müqaviləsində xüsusi bəndin olduğu bildirilib. Bu mövsüm Premyer Liqanın zirvəsinə yüksələn “Nyukasl Yunayted" hazırda liqada 3-cü yerdədir.скачать dle 12.1