Bia.Az

“Türkiyə öz ordusunu Suriyadan çıxartmağa razılıq verib” - Moskva danışıqlarından sonra

Dünya
 2-01-2023, 13:20     137

Dekabrın 28-də Moskvada baş tutmuş Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra, Ankara Suriyanın şimalından öz ordusunu tamamlə çıxartmağa razılıq verib.


Bu barədə «Vdlnews» nəşri xəbər verib və göstərib ki, bununla eyni vaxtda, Türkiyə tərəf mühüm avtomobil arteriyasının açılmasını da müzakirə etməyə razı olub.


«Üçtərəfli görüşün gedişində belə nəticə çıxarılıb ki, Türkiyə Suriya ərazilərindən ordusunu tam çıxartmağa razıdır - ordu Suriyanın şimalına nəzarət edir. Eyni zamanda, 2020-ci ildə bağlanmış bu saziş müzakirə olunub ki, M4 yolu açılsın» - Suriya qəzeti yazır.

Nəşrin mənbəsi müəyyən edib ki, türklərin bu yumşaqlığı nə ilə bağlıdır. O, xəbər verib ki, üçtərəfli görüşün bütün tərəfləri bununla razılaşıblar ki, «Kürdüstan Fəhlə Partiyası» ilə əlaqəli olan kürd birləşmələri «ABŞ və İsrailin agentidir və Suriya və Türkiyə üçün ən çox təhlükə yaradır»./AzPolitika.infoскачать dle 12.1