Bia.Az

“Parisin bu cür üsullarının natəmizliyi göz qabağındadır” – Rusiyanın BMT-dəki diplomatı

Dünya
 2-01-2023, 12:54     149

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Laçın yolu ətrafında baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəyə çıxarılan sənədin qəbul olunmamasına münasibət bildirib.

Polyanski dekabrın 31-də özünün teleqram kanalında yazıb ki, “İrəvanın tələbi ilə bu proses Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alaraq bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymayan fransızlar tərəfindən koordinasiya edilib”.

"Parisin bu cür üsullarının natəmizliyi göz qabağındadır", - o vurğulayıb.

Əvvəldən bu məsələdə konstruktiv işləmək əzminində olduqlarını vurğulayan Polyanski yazıb ki, Qərb ölkələrindən fərqli olaraq Rusiya Qarabağ, o cümlədən Laçın yolu ətrafında münaqişənin həlli ilə sözdə deyil, əməldə məşğul olur.

"Qərbliləri münaqişə vəziyyətinin həllindən daha çox Təhlükəsizlik Şurasının hansısa məhsulunu qəbul etmək narahat edirdi...", - açıqlamada bildirilir.

Dmitri Polyanskinin yazdığına görə, mövcud gərginlikdən asılı olmayaraq, həm Bakı, həm də İrəvan tərəfindən dəstəklənən ən yüksək səviyyədə dörd birgə bəyanat normallaşma üçün əsas olaraq qalır. O, paylaşdığı açıqlamada Ermənistanın maraqlı tərəflərin geosiyası oyunlara çəkilməsinə imkan verilməyəcəyinə inanmaq istədiyini bildirib.

"Mən şəxsən həqiqətən inanmaq istəyirəm ki, bizim erməni dostlarımız SSRİ-də bir yerdə yaşamış qardaş xalqları hər hansı bəhanələrlə sıxışdırmaqdan çəkinməyənləri razı salmaq üçün özlərinin vicdansız geosiyasi oyunlarına cəlb olunmasına imkan verməyəcəklər..." -Dmitri Polyanski vurğulayıb./“AzPolitika.info”

скачать dle 12.1